"Baku Fires" klubu Rusiya komandasına qalib gəldi FOTOSESSİYA YENİLƏNİB
Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunda Azərbaycanın "Baku Fires" klubu Rusiya komandası ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində Azərbaycan boksçusu Xamza Nametov Bator Saqaluyevlə döyüşüb. Boksçumuz rəqibindən açıq-aşkar üstün olub. Hakimlərin qərarına əsasən, X.Nametov 2:1 hesabı ilə qalib gəlib.
56 kq çəkidə Məhəmməd Qurbanov Nikita Fedorçenko ilə üz-üzə gəlib. Hər 3 hakimin qərarı ilə Azərbaycan boksçusu üstün olub -3:0.
64 kq-da Heybətulla Hacəliyev Maksim Dadaşevi məğlub etməyə çalışıb. Təəssüf ki, idmançımız 0:3 hesabı ilə məğlub olub.
75 kq çəki dərəcəsində isə Nikolay Veselov Pyotr Xamukbov ilə qarşılaşıb. N.Veselov 0:3 hesabı ilə məğlub olub.
91 kq çəkidə Abdulqadir Abdullayev Aleksey Yeqorovla döyüşüb. Boksçumuz döyüşün əvvəlindən fəallıq göstərib və rəqibindən üstün olub-2:1.
Nəticələr:
"Baku Fires" - Rusiya
49 kq. Xamza Nametov – Bator Saqaluyev 2:1
56 kq. Məhəmməd Qurbanov – Nikita Fedorçenko 3:0
64 kq. Heybətulla Hacəliyev – Maksim Dadaşev 0:3
75 kq. Nikolay Veselov – Pyotr Xamukov 0:3
91 kq. Abdulqadir Abdullayev - Aleksey Yeqorov 2:1
Elgün Vidadioğlu, Quba






.jpg)
.jpg)





.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB