“Bakı” məşqləri bərpa etdi

“Bakı” məşqləri bərpa etdi

Qış fasiləsində Topaz Premyer Liqasına hazırlığı İspaniyanın Marbelya əyalətində keçirən "Bakı" futbol klubu artıq Vətənə qayıdıb. Siasport.az saytının məlumatına görə, iki günlük istirahətin ardından komanda üzvləri bu gün saat 11:00-da klubun təlim-məşq bazasında bir araya gəliblər. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçən məşq yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb. Ardından müxtəlif toplu çalışmaları həyata keçirən futbolçular sonda iki tərəfli oyunla kifayətləniblər.

Qeyd edək ki, zədəli olan Şəhriyar Əliyev və Marius Pena hazırlıqda iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə