Daniel Genov: "İnter”də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim"
Xəbər verdiyimiz kimi, ötən həftə "İnter" klubu bolqar futbolçu Daniel Genovla rəsmən vidalaşdı. Legioner futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozuldu. D. Genov artıq Bolqarıstandadır. Siasport.az saytının məlumatına görə, o, "İnter"dəki karyerası barədə fikirlərin bildirib: "Mən "İnter"də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim. Azərbaycanda hər şey xoşuma gəlirdi. Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim. "İnter"də unudulmayan illər keçirdim. Bu klub mənə çox şey verdi və onunla ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB