“Qəbələ” "Konyaspor"la qarşılaşacaq

“Qəbələ” "Konyaspor"la qarşılaşacaq

Qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək "Qəbələ" klubu hazırlıq oyunu çərçivəsində "Konyaspor"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu barədə Konya təmsilçisinin meneceri Seyit İçgül məlumat verib: "Yanvarın 17-ə qədər Antalyada təlim-məşq toplanışı keçəcəyik. 4 və ya 5 hazırlıq matçı oynamağı düşünürük. Bunlardan ikisinin vaxtı dəqiq məlumdur. Yanvarın 10-u "Erciyesspor", yanvarın 16-ı isə "Qəbələ" ilə qarşılaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə