Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir keçiriləcək

Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir keçiriləcək

Dekabrın 3-də AFFA-nın dəstəyi və "Bakcell" şirkətinin sponsorluğu ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri start götürəcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçiriləcək turnirin açılış mərasimi dekabrın 3-də, saat 09:30-da olacaq. Birinci turda aşağıdakı oyunlar keçiriləcək:

Saat 10:00. "Zirvə" - "Şimşək"

Saat 11:00. "Ümid" - "Birlik"

Bütün xəbərlər Facebook səhifəmizdə