Azərbaycanın ən güclü cüdoçuları müəyyənləşir

Azərbaycanın ən güclü cüdoçuları müəyyənləşir

"Sərhədçi" Olimpiya İdman Mərkəzində cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, cüdoçuların seçimi və beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyan çempionatda Azərbaycanın 42 klubu və məktəbindən 358 idmançı birincilik uğrunda mübarizə aparır.
Yarışın sonuncu - ikinci günü 81, 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində cüdoçular tatami üzərinə çıxıblar.
Çempionatın ilk günü qadınlar bütün çəki dərəcələri üzrə öz aralarında güclüləri müəyyənləşdiriblər. Kişilərdə isə üç çəki dərəcəsində qaliblər seçilib.
Qadınların mübarizəsində Aişə Qurbanlı (48 kq, "Qəbələ"), Şahanə Hüseynova (52 kq, "Qəbələ"), Kifayət Qasımova (57 kq, "Attila"), Xanım Hüseynova (63 kq, "Neftçi"), Ramilə Yusubova (70 kq, "Attila"), Leyla İskəndərli (78 kq, "Abşeron") və Samirə Verdiyeva (78 kq-dan yuxarı, TİM Gəncə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq, "Attila"), Hidayət Heydərov (66 kq, "Neftçi") və Hüseyn Rəhimli (73 kq, "Neftçi") qızıl medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə