Karlo Ançelottidən italyan tərəfkeşliyi...

Karlo Ançelottidən italyan tərəfkeşliyi...

"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti, UEFA Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyundan (2:1) sonra maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, italyan futbol mütəxəssisi daha çox "Qalatasaray" və "Yuventus" arasındakı mübarizə barədə danışıb: "Bu gün "Yuventus" çox yaxşı təsir bağışladı. Yalnız müdafiə olmayıb, hücumda oynadı. Bizim artıq qrupdan çıxmağımız rahat görünə bilər. Amma bizim üçün sadəcə bu, önəmli deyil. "Real"ın fəlsəfəsi qalan 3 matçı da qazanmaqdır. "Qalatasaray"la "Yuventus" arasında xal fərqi çox deyil. Şübhəsiz ki, İtaliya klubu "Qalatasaray"dan daha güclüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə