"Qarabağ" klubu yeni futbolçu transfer etdi

"Qarabağ" klubu yeni futbolçu transfer etdi

"Qarabağ" klubu sıralarını yeni futbolçuyla gücləndirib. Siasport.az saytının məlumatına görə, komanda bosniya və hersoqavinalı qolkiper İbrahim Sehiçlə müqavilə imzalayıb.

25 yaşlı qolkiperin son klubu "Mersin İdman Yurdu" olub. Ötən mövsümün sonunda türk klubundan ayrılan bosniyalı azad transfer kimi "Qarabağ"la müqavilə bağlayıb. Bosniya millisinin də şərəfini qorumağa macal tapmış İbrahim artıq rəsmi müqaviləyə imza atıb və Ağdam təmsilçisinin məşqlərinə çıxıb.

Qeyd edək ki, İbrahim Sehiçlə 2 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə