Fariz Məmmədov Aleksandr Abramenkonu nokaut etdi

Fariz Məmmədov Aleksandr Abramenkonu nokaut etdi

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti görüşünə çıxıb. Siasport.az saytının məlumatına görə, Ukraynanın Xarkov şəhərində keçirilən döyüşdə boksçumuz belaruslu Aleksandr Abramenko ilə üz-üzə gəlib. WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyan döyüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 6 deyil, 8 raunddan ibarət olub.


F.Məmmədov rəqibini üçüncü raundda nokautla məğlub edib.

Qeyd edəki ki, boksçumuzun oktyabrın 26-da Böyük Britaniyada da reytinq xarakterli döyüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə