"Bakı"nın futbolçuları "Lans"ın A komandası ilə görüşüblər

"Bakı"nın futbolçuları "Lans"ın A komandası ilə görüşüblər

"Bakı"nın U-15 komandasının Fransada təlim-məşq toplanışı davam edir. Siasport.az saytının məlumatına görə, futbolçular "Lans"ın A komandasının oyunçuları ilə görüş keçiriblər. Baş məşqçi Antuan Kambuarenin də iştirak etdiyi görüşdə Fransa klubunun oyunçuları gənc futbolçulara dəyərli məsləhətlər veriblər.

Tədbirdən sonra "Bakı"nın futbolçuları "Lans" klubunun U-15 komandası ilə yoldaşlıq oyunu keçiriblər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun Fransa klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə