"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının növbəti turu çərçivəsində Qəbələ şəhər stadionunda "Simurq"un qonağı olacaq. Siasport.az saytının məlumatına görə, komanda Sumqayıt İdman Mərkəzində bu oyun üçün hazırlıqlarını davam etdirir. A millinin heyətindən qayıdan Ruslan Qurbanov, Anar Nəzirov və U-21-də yer almış Nurlan Novruzov, Slavik Alxasov, Elşən Abdullayev, Kərim Diniyev artıq məşqlərə başlayıblar. Aleksandr Çertoqanov yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, U-19-un heyətində yer alan Ruslan Nəsirli və Orxan Əliyev isə sabahdan məşqlərə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB