"Tottenhem" klubunun prezidenti Daniel Levi almaniyalı futbolçu Məsut Özilin "Real" klubundan "Arsenal"a tranferinə mane olmaq istəyib. Siasport.az saytının verdiyi xəbərə görə, Daniel Levi "Real" klubunun prezidenti Florentino Peresə zəng edərək Qaret Beylin transferi ilə bağlı bağlanmış müqavilənin şərtlərində dəyişiklik edilməsini və Məsut Özilin "Arsenal"a deyil, "Tottenhem"ə satılmasını xahiş edib. Peres isə Özilin artıq satıldığını deyərək, buna görə onun xahişini yerinə yetirə bilməyəcəyini bildirib.
Qeyd edək ki, "Tottenhem" rəhbərliyinin "Arsenal"ın güclü rəqibə çevriləcəyindən ehtiyat etməsi səbəbindən bu addımı atdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB