"Neftçi"nin 6 futbolçusu Azərbaycan yığmasında

"Neftçi"nin 6 futbolçusu Azərbaycan yığmasında

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytının məlumatına görə, sentyabr ayının 6-dan 14-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə "Neftçi" PFK-nın aşağı yaş qruplarında çıxış edən 6 futbolçu dəvət olunub. Toplanışa Bahadur Həziyev, Pərviz Həsənov, Kamran İbrahimov, Xalid Bayramov, Pərviz Novruzlu və Pilağa Mehdiyev çağırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə