Azərbaycan yığması 78 ölkə arasında 15-ci oldu

Azərbaycan yığması 78 ölkə arasında 15-ci oldu

Azərbaycanın kayak və kanoe üzrə milli komandası Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatını 1 medalla başa vurub. Siasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qızıl medala sahib olan Valentin Demyanenko karyerasında 4-cü dəfə kanoe üzrə planetin ən güclüsü olduğunu sübuta yetirib.

İki nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy - Aleksey Kupin dueti də medala yaxın olub. Lakin onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.

Ümumiyyətlə, dünya çempionatında 78 ölkədən 956 idmançı mübarizə aparıb. Azərbaycanı 1 kayakçı və 6 kanoeçi təmsil edib. Cəmi 30 ölkənin medal qazandığı nüfuzlu yarışda millimiz medal əyarında 15-ci olub.

Kayakçı və kanoeçilərimizin dünya çempionatında iştirak etdikləri məsafələr və tutduqları yerləri təqdim edirik:

İDMANÇILAR 200
500 1000 5000 200 x 4 (estafet)
Kayak
Mirnazim Cavadov 25 17
Kanoe
Valentin Demyanenko 1
Sergey Bezuqlıy - Aleksey Kupin 10 5
Taras Matviyçuk - Aleksey Kupin 13
Mikola Matviyçuk 11 7
Anatoli Melnik 17
Aleksey Kupin – Anatoli Melnik – Mikola Matviyçuk – Taras Matviyçuk 5 (seçmə yürüşdə)

Bütün xəbərlər Facebook səhifəmizdə