Pedro “PSJ”də oynamaqdan imtina etdi

Pedro “PSJ”də oynamaqdan imtina etdi

Fransanın "Pari-Sen-Jermen" (PSJ) klubu "Barselona"nın yarımmüdafiəçisi Pedronu transfer etməkdə maraqlıdır. Bu barədə Siasport xəbər verir. "PSJ"nin bu məqsədlə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Futbolçu isə heç bir kluba keçmək fikrində olmadığını, karyerasına "Barsa"da davam etmək istədiyini bildirib.

Qeyd edək ki, futbolçu "Barsa"nın tərkibində 217 matçda iştirak edib və 70 qol vurub. İspaniya yığmasının tərkibində isə 31 oyunda 13 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə