Türkiyə Superliqasında II turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, ilk turu qələbəylə başa vuran "Qalatasaray" bu dəfə xal itkisi ilə üzləşib. İstanbul təmsilçisi "Bursaspor"la oynadığı çətin səfər matçında önə keçsə də, sonda qələbəni əldən verib.
"Fənərbaxça" isə mövsümdə ilk qələbəsini "Əskişəhərspor" üzərində qazanıb.
Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.
Türkiyə Superliqası
II tur
23 avqust
"Gənclərbirliyi" - "Akhisar BS" - 3:0
Qollar: Cimi Durmaz, 17, Ermin Zeç, 33, Boqdan Stanku, 87.
24 avqust
"Kasımpaşa" – "Kayserispor" - 3:1
Andre Kastro, 9; Skarione, 24; Babel, 68 - Jaja, 86
"Qaziantepspor" – "Antalyaspor" - 0:0
"Fənərbaxça" – "Əskişəhərspor" - 1:0
Dirk Kuyt, 54
25 avqust
"Sivasspor" – "Konyaspor" - 2:0
"Elazığspor" – "Karabükspor" - 2:2
"Bursaspor" – "Qalatasaray" - 1:1
Enes Unal, 74 - Burak Yılmaz, 44
26 avqust
"Trabzonspor" - "Rizəspor"
"Ərciyəsspor" - "Beşiktaş"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB