“Böyük oyun”un vaxtı açıqlanıb

“Böyük oyun”un vaxtı açıqlanıb

Topaz Premyer Liqasında IV turun oyunlarının vaxtı açıqlanıb. Siasport.az saytının məlumatına görə, avqustun 23-də başlayan turun qarşılaşmalarının başlama saatı müəyyənləşib.

Avqustun 25-də başa çatacaq turun mərkəzi oyunları bazar günü keçiriləcək. Daha çox maraq kəsb edən oyunlardan "Qəbələ" - "Qarabağ" qarşılaşması 18:00-da, "Xəzər Lənkəran"la "Neftçi" arasında "Böyük oyun" isə saat 20:00-da start götürəcək.

23 avqust (cümə)

19:00. AZAL – "Sumqayıt"
"AZAL Arena" stadionu

24 avqust (şənbə)

19:00. "Simurq" – "Bakı"
"Şəfa" stadionu

25 avqust (bazar)

18:00. "Qəbələ" – "Qarabağ"
Qəbələ şəhər stadionu

20:00. "Xəzər Lənkəran" – "Neftçi"
Lənkəran şəhər stadionu

20:00. "Rəvan" – "İnter"
"Bayıl Arena" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə