Rusiyanın “Spartak” klubu Tobi Alderveyreldi almaq istəyir

Rusiyanın “Spartak” klubu Tobi Alderveyreldi almaq istəyir

"Spartak" Hollandiyanın "Ayaks" klubunun müdafiəçisi Tobi Alderveyreldi transfer etmək təklifi ilə bağlı müraciət edib. Siasportun verdiyi xəbərə görə, bu barədə Amsterdam klubunun texniki direktoru Mark Overmars KİV - ə müsahibəsində məlumat verib.

Alderveyreld 2008 – ci ildən "Ayaks"da çıxış edir. İndiyə kimi 125 matçda meydana çıxıb və 7 qol vurub. Belçika yığmasının tərkibində isə 25 oyunda çıxış edib.

Qeyd edək ki, "Spartak" klubu bu sezonda daha üç futbolçunun – Tino Kosta, Denis Qluşakov və Lukas Barriosun tranferini reallaşdıra bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə