Bundesliqada yenilik tətbiq olunacaq

Bundesliqada yenilik tətbiq olunacaq

Almaniya Bundesliqa çempionatının növbəti sezonu ərəfəsində bütün futbolçulardan qan nümunələri götürüləcək. Siasportun verdiyi xəbərə görə, belə bir qərarın qəbul edilməsində məqsəd həmin nümunələrdə istifadəsi qadağan olunmuş dərman preparatlarının olub – olmamasını müəyyən etməkdir. Bu barədə Almaniyanın Futbol Assosiasiyasının rəhbəri, "Borussiya" (Dortmund) klubunun prezidenti Paynxard Rauball məlumat verib.

Qeyd edək ki, indiyə kimi futbolçular yalnız sidik analizi verməklə kifayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə