Rusiyanın MOİK futbol klubunun braziliyalı hücumçusu Vaqner Lav Çinin "Şandun Lunen" klubuna transfer olunub. Siasportun R-Sport agentliyinə istinadən verdiyi xəbərə görə, transfer müddəti 2,5 il müəyyən olunub.
"Şandun Lunen" Çin superliqasında çıxış edir. Şandun əyalətinin Tszizan şəhərinin təmsilçisidir. Komandaya serbiyalı mütəxəssis Radamir Fantiç məşqçilik edir.
Klub çalışdırıçısı Vaqnerin fiziki hazırlığının qənaətbəxş hesab edildiyi təqdirdə, onun avqustun birindən başlanan superliqa oyunlarının ilk matçında iştirakına hər cür şərait yaradılacağını bildirib.
Qeyd edək ki, "Şandun Lunen" klubunun ilk rəqibi italiyalı mütəxəssis Marçello Lippinin baş məşqçi olduğu "Quançjan Everqrand" komandası olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB