"Real"ın sabiq baş məşqçisi Joze Mourinyo karyerasını "Çelsi"də davam etdirəcəyini təsdiqləyib.
Siasport xəbər verir ki, portuqaliyalı mütəxəssis "Punto Pelota"ya müsahibəsində Londona getməyə hazırlaşdığını və bu həftənin sonuna kimi "Çelsi"nin baş məşqçisi olacağını bildirib: "Mən hiss edirəm ki, Londonda insanlar məni sevirlər. Həyat gözəl və qısadır. Siz özünüz üçün ən yaxşı olan nədirsə, onu axtarmalısınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB