"Fənərbaxça" azarkeşləri Aleksi baş məşqçi kimi görmək istəyirlər

"Fənərbaxça" azarkeşləri Aleksi baş məşqçi kimi görmək istəyirlər

İstanbulun "Fənərbaxça" futbol klubunun azarkeşləri, komandanın braziliyalı əfsanə kapitanı olmuş Aleks de Souzanı yenidən "Fənərbaxça"da görmək istəyirlər. Siasport.az saytı xəbər verir ki, azarkeşlər komandanın tarixində böyük uğurlara imza atan kapitan kimi daxil olan, hazırda isə, vətəni Braziliyada top qovan A.D.Souzanı bu dəfə komandanın baş məşqçisi kimi geri qaytarmaq istəyirlər. Aykut Kocamanın istefasından sonra baş məşqçi axtarışına çıxan İstanbul klubunda hələ ki, konkret namizədlər müəyyənləşməyib. Ona görə də, "Fənərbaxça" azarkeşləri əfsanəvi kapitanlarının yenidən komandanın uğurları üçün çalışan baş məşqçi olmasını arzulayırlar. Lakin əsas söz sahibinin klub prezidenti Əziz Yıldırım olduğu üçün azarkeşlərin bu istəyinin nə dərəcədə reallaşacağı da sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə