"Neftçi" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir.
Siasport xəbər verir ki, "ağ-qaralar" artıq Qəbələyə yola düşüb. Komanda həlledici qarşılaşmaya tam heyətlə yollanıb. Komandanın heyətində zədəli və cəzalı futbolçular yoxdur.
Çempionatın bombardiri Nikolas Kanales də artıq cəzasını başa vurub. O, Qəbələdə meydana çıxa biləcək. "Neftçi" bu oyunda çempionluğunu rəsmiləşdirə bilər. "Ağ-qaralar" bir xal qazansa belə yenə də çempion olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB