Skarlatake 50-yə çatdı STATİSTİKA

Skarlatake 50-yə çatdı STATİSTİKA

Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Bakı" ilə cavab oyunu (2:0) "Xəzər Lənkəran"ın futbolçusu Manuel Skarlatake üçün əlamətdar olub. Siasport idman portalının məlumatına görə, Rumıniyalı müdafiəçi 50-ci dəfə "ağ-yaşıl"ların heyətində meydana çıxıb.


2011-ci ilin əvvəlində transfer olunan arxa xətt oyunçusu yarım mövsüm ölkəmizdə çıxış etdikdən sonra vətəninə qayıdıb. 2012-ci ilin yayında 1 illik fasilədən sonra yenidən qayıdan Manuel ümumilikdə "Xəzər Lənkəran"da mövsümyarıma yaxın çıxış edib.


Çempionatda 36, Avropa Liqasında 4 matça çıxan Skarlatake kubokda 10-cu görüşünü keçirməklə ümumi oyun sayında 50-yə çatdı. Bununla da o, klub tarixində 50 və daha çox oyun keçirən 38-ci futbolçu olub.

mövsüm turnir oyun dəqiqə qol sarı qırmızı
2010/11 çempionat 12 1080 1 2 0
2010/11 kubok 5 480 1 2 0
2012/13 Avroliqa 4 360 1 0 0
2012/13 çempionat 24 2160 5 6 0
2012/13 kubok 5 422 0 0 0
50 4502 8 10 0

Bütün xəbərlər Facebook səhifəmizdə