"Bakı" İtaliya komandası ilə qarşılaşacaq

"Bakı" İtaliya komandası ilə qarşılaşacaq

Çimərlik futbolu üzrə birinci klublararası Avropa Kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Siasport idman portalının məlumatına görə, yarışda ölkəmizi təmsil edəcək Azərbaycan çempionu "Bakı" komandasının da rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, "Bakı" komandası İtaliyanın "Terracina", Polşanın "Grembaç" və Latviyanın "Kreyss" kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 15-dən 19-dək İtaliyada keçiriləcək turnirdə 20 komanda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə