"Rəvan" Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL ilə qarşılaşıb. Siasport idman portalının məlumatına görə, Şüvəlan qəsəbəsindəki "AZAL Arena"da baş tutan görüşdə "Rəvan" sona qədər mübarizə aparsa da, sonda 2:3 hesablı məğlubiyyətdən qaça bilməyib. Bununla da 4 oyunluq qələbə seriyası qırılıb. Başqa sözlə, "Rəvan" Topaz Premyer Liqasında 49 gün sonra xalsız qalıb. Sonuncu dəfə martın 3-də səfərdə "Bakı"ya məğlub olub - 1:2.
Digər tərəfdən AZAL ilə görüşdə də rəqib qapısına yol tapan "Rəvan" çempionatdakı qollu seriyasını 9 oyuna çatdırıb. 2013-cü ildə keçirdiyi bütün oyunlarda ən azı 1 qol vuran komanda bu nəticə ilə Premyer Liqada öz rekordunu yeniləyib. Buna qədər anoloji göstəricidə ən uzun seriya ötən mövsümün 28-ci turundan cari "futbol ili"nin 3-cü turuna qədər davam edən 8 matçlıq "marafon" idi.
16 oyundu heç-heçə etməyən "Rəvan" AZAL-a 2:3 hesabı ilə məğlun olmaqla 2013-cü ildə ən çox qol vuran Premyer Liqa komandası olaraq qalıb. AZAL-ın da hesabında 22 qol var. Bu görüş həm də iki yubiley ilə yadda qalıb. Söhbət 62 gündən sonra qol vuran Ramazan Abbasovun Premyer Liqada "Rəvan" forması ilə 40-cı oyununa çıxmasından və baş məşqçi Ramil Əliyevin elitada 50-ci görüşünü keçirməsindən gedir. MOİK ilə 41 matçda elita həyəcanı yaşayan gənc çalışdırıcı "Rəvan"da bu baxımdan 9-a çatdı. Başqa sözlə, "Turan"a qarşı oyun onun üçün daha bir yubiley əhəmiyyəti daşıyacaq.
AZAL ilə oyunda son saniyələrdə fərqlənən Mindauqas Kalonas isə 2013-cü ildə 7-ci qolunu vurub bu baxımdan liderlərə çatıb. İndi onunla yanaşı daha 3 futbolçunun aktivində bu il çempionatda vurulan 7 top var. Bunlar hücumçu Xuan Manuel Varea, Nikolas Kanales (Neftçi) və Junior Franko Nildodur (AZAL).
Sonda onu da bildirək ki, AZAL ilə oyunu idarə edən Vüsal Əliyev cari mövsüm 4-cü dəfə "Rəvan"ın iştirakı ilə keçirilən matçda fit çalıb. Say baxımından o, Rauf Cabbarov və Əliyar Ağayev ilə şərikli lider olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB