Topaz Premyer Liqasının 27-ci turunda "İnter"in qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi "Şəfa" stadionunda məşqə çıxıb. Siasport idman portalının məlumatına görə, hazırlıqlarını paytaxtda tamamlayan Zaqatala təmsilçisi qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirib. Daha sonra isə Georgi Çixradzenin yetirmələri taktiki çalışmalara keçib. Qısa ötürmələr və "kvadrat"la tapşırıqları tamamlayan "Simurq" ikitərəfli oyunla hazırlıqları sona çatdırıb. Paytaxt təmsilçisi ilə görüş öncəsi zaqatalıların heyətində zədəli və cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq "İnter" - "Simurq" oyunu saat 19:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB