İngiltərənin "Arsenal" futbol klubu, "Barselona"ya satdığı Aleksandr Songun yerinə yeni futbolçu tapıb. Siasport.az saytı xəbər verir ki, İngiltərə Premyer Liqasında uğursuz şəkildə çıxış edən "topçular", "Seltik"in 21 yaşlı keniyalı forvardı Viktor Vanyamı mövsümün sonunda heyətə qatmağa hazırlaşırlar. İngiltərənin "The Sun" qəzeti yazır ki, baş məşqçi Arsen Venger, klub rəhbərliyindən təkidlə bu futbolçunun transferi üçün elə indidən işə başlamağı tələb edir. Məlumata əsasən, "Arsenal"ın menecerləri futbolçunun agenti ilə gələn həftə danışıqlara başlamağa hazırlaşırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB