Ramin Musayev: "Bunun əzələ nümayişi kimi qələmə verilməsini qəbul etmirəm"
PFL prezidenti Ramin Musayev vaxtilə münaqişə yaşadığı Babək Quliyevin "Xəzər Lənkəran"a idman direktoru təyin olunmasına münasibət bilidirb. Siasport.az saytının məlumatına görə, "Futbol+" qəzetinə danışan PFL rəhbəri B.Quliyevi təbrik edib: "Babək Quliyevi təbrik edirəm. Ona yeni işində çoxlu uğurlar arzulayıram. O, futbolu bilən insandı, "Xəzər Lənkəran"a xeyri dəyə bilər. Mən bunun əzələ nümayişi kimi qələmə verilməsini qəbul etmirəm.
Babək Quliyev işini bilir və bu yolda da öz işini görməlidir. Necə ki keçmiş referi Tahir Süleymanov "Neftçi"də çalışır, futbola xeyir verir, bu da onun kimi. Bu üzdən B.Quliyevin təyinatının futbolumuza xeyir verəcəyini düşünürəm. Biz heç kimin düşməni deyilik və hər bir kluba eyni gözlə baxırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB