Şahmat üzrə Bakı şəhər komanda çempionatı başa çatdı

Bakı Şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən 2 №-li UGŞİM-də şahmat üzrə Bakı şəhər komanda çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, "Sərhədçi" İOM və Tofiq İsmayılov adına UGYS-nı təmsil edən 60 idmançı (onlardan 8-i qızlardır) iştirak edib. Yarışlar dairəvi sistem üzrə keçirilib. Yekun nəticələrə əsasən, komanda hesabında I yeri 2 №-li UGŞİM – 1 komandası, II yeri 1 №-li İOEUGŞDİM – 1 komandası, III yeri 1 №-li İOEUGŞDİM – 2 komandası, lövhələr üzrə I yerləri İsmayıl Şahəliyev, Zaur Abbasov, Rüstəm Bünyatov, Andrey Mustafinm (hər biri 2 №-li UGŞİM -1) və Fatimə Əhmədov (1 №-li İOEUGŞDİM – 1) tutub.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunub, komandaya kubok təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə