"Qarabağ" yeni transferə hazılraşır

"Qarabağ" yeni transferə hazılraşır

Qış fasiləsində heyətinə 4 foyunçu qatan "Qarabağ" daha bir futbolçunun keçidini həll etməyə hazırlaşır. Siasport.az saytının məlumatına görə, Ağdam klubu "Xəzər Lənkəran"ın sabiq hücumçusu Emeka Oparanı yenidən Azərbaycana gətirir.

Nigeriyalı hücumçu yaxın iki gün içində Bakıya gəlib, rəsmi müqaviləyə imza atacaq. Komanda 28 yaşlı forvardla 2 illik müqavilə bağlamağı nəzərdə tutub.
Xatırladaq ki, karyerası ərzində "Enugu Rangers" (2001/03), "Etoile Sportive du Sahel" (2004/06-2008/09, 61 oyun, 32 qol), "Kayzerslautern" (2007/08, 23 oyun, 13 qol) klublarının şərəfini qoruyan Opara 2009/2011-ci illər mövsümündə "Xəzər Lənkəran"da çıxış edib. Futbolçu "ağ-yaşıl" forma altında meydana çıxdığı 48 oyunda 32 qola imza atıb.
Emekanın son klubu isə Küveyt "Al-Naser"i olub.

Mənbə: Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə