Həmyerlimiz Avropa çempionatının oyununa təyinat alıb

Həmyerlimiz Avropa çempionatının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Siasport.az saytının məlumatına görə, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

Oyunları martın 27-də start götürəcək bu qrupda Finlandiya, İtaliya, Macarıstan və Monteneqro milliləri mübarizə aparacaq. Qrupun qarşılaşmaları İtaliyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə