Azərbaycan 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Siasport.az saytının məlumatına görə, lisenziyaya avstriyalı legioner Patrik Braxner sahib olub. 21 yaşlı idmançı Avstriyanın Şladminq şəhərində keçirilmiş xizəksürmə üzrə dünya çempionatında slalom yarışlarında 37-ci yeri tutaraq lisenziya normasını doldurub.
Qeyd edək ki, Soçi olimpiadası gələn il fevralın 7-dən 23-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB