Azərbaycan Atletika Federasiyası seminarlar təşkil edəcək

Azərbaycan Atletika Federasiyası seminarlar təşkil edəcək

Azərbaycan Atletika Federasiyası "Kids athletics Azerbaijan" adlı layihə çərçivəsində bölgələrdə seminarlar təşkil edəcək. Siasport.az saytının məlumatına görə, əsas məqsədi uşaq atletikasının inkişafı olan ilk seminar fevralın 18-də saat 10:00-da Astara Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, layihəyə uyğun olaraq, seminarlar Gəncə, Xaçmaz, Sumqayıt, Şəki və Bakı şəhərlərində davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə