"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışına davam edir. Siasport.az saytının məlumatına görə, dünən baş məşqçi Qurban Qurbanov tərəfindən istirahət verilən komandanın planında bugün 2 məşq olub.
İki gün öncə "Ekranas"la hazırlıq görüşü keçirən komanda sabah daha bir mücadiləyə çıxacaq. "Qarabağ" təlim-məşq toplanışı çərçivəsində 4-cü matçında "Turnovo" ilə qarşılaşacaq. Makedoniya təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da, Bələkdə "İC Santai" otelinin futbol meydançasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB