Alpinistimiz Cənubi Qafqaz idmançıları arasında ən yaxşı oldu

Alpinistimiz Cənubi Qafqaz idmançıları arasında ən yaxşı oldu

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) son illər buzadırmanma idman növü üzrə yetişdirdiyi 5 idmançısı İsveçrənin Saas-Fee şəhərində keçirilən Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının 2-ci mərhələsində iştirak edib. Siasport.az saytının məlumatına görə, yarışda Cənubi Qafqazdan 8 idmançı mübarizə aparıb. Mürəkkəblik mərhələsi üzrə keçirilən mərhələdə idmançımız Renat Rəhimxanov Cənubi Qafqazdan olan idmançılar arasında ən yaxşı nəticə göstərib. Nəzərə alsaq ki, Renat Rəhimxanov ilk dəfədir bu yarışda öz gücünü sınayır, onun göstərdiyi nəticə yaxşı hesab oluna bilər. Sürət üzrə keçirilən yarışlarda da idmançılarımız qənaətbəxş nəticələr göstəriblər.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından təşkil olunmuş Azərbaycan komandası 26-27 yanvar 2013-cü il tarixlərində İtaliyada keçiriləcək Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında daha geniş tərkibdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə