Hollandiyalı futbolçu Uesli Şnayderin "Qalatasaray"a transferi, ilin nağılına dönüb. Siasport.az saytı xəbər verir ki, hər iki klub prezidentinin prinsipial anlaşma əldə etdiyi bu transfer, nədənsə bu günə qədər gerçəkləşməyib. Bu isə, İstanbul təmsilçisində ciddi narazılıq yaradıb. Komandanın qapıçılarla işləyən məşqçisi, ötənlərin məşhur braziliyalı qolkiperi olan Kladio Taffarel daha sərt açıqlama ilə çıxış edib. O, hollandiyalının meneceri vasitəsi ilə futbolçuya göndərdiyi mesajında bildirib ki, U.Şneyder Türkiyə Superliqasını Ərəb Liqası ilə səhv salmasın. K.Taffarel bildirib ki, onlar U.Şneyderi İstanbula gəzməyə deyil, böyük bir klubun gücünü artırmağa dəvət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB