"Sumqayıt" Futbol Klubunun üzvü Orxan Əliyevin "Trabzonspor"a baxışa dəvət olunması Türkiyə mətbuatının da diqqətini çəkib. Siasport.az saytının məlumatına görə, qardaş ölkənin aparıcı mətbuat orqanlarından sayılan "Milliyet" qəzeti futbolçumuzun "bordo-mavililər"in heyətinə yollanacağı xəbərini dərc edib. "Milliyet" qəzetinin internet səhifəsi (http://skorer.milliyet.com.tr/aliyev-surprizi/trabzonspor/detay/1655118/default.htm) xəbəri "Orxan Əliyev sürprizi" başlığı ilə yayıblayıb.
Xəbərdə "Trabzonspor"un 18 yaşlı Orxan Əliyevlə maraqlandığı və futbolçunun baxışdan keçmək üçün Türkiyəyə çağırıldığı qeyd edilib. Həmçinin bildirilib ki, Qara dəniz təmsilçisi O.Əliyevi heyətinə qatacağı halda türk oyunçu statusundan yararlanacaq.
Qeyd edək ki, "Trabzonspor" Orxan Əliyevi baxışa çağırıb. Gənc futbolçu yanvarın 22-dən 29-dək orada baxışdan keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB