"Partizan" klubunun qapıçısı Nikola Petroviç, Bakının "Neftçi" klubu ilə keçirdikləri hər iki qarşılaşmada qələbə qazana bilməmələrinə görə yamanca heyfslənir. Siasport.az saytı xəbər verir ki, serbiyalı qolkiper Avropa Liqasının sonuncu VI turu ərəfəsində verdiyi müsahibədə komandasının çıxışını dəyərləndirib. Qrupda qalan komandasının təcrübəsizliyin qurbanı olduğunu düşünən Nikolanın fikrincə, "Neftçi" ilə hər 2 matçda qalib gələ bilərdilər: "Avropa Liqasında növbəti mərhələyə də adlaya bilərdik. Lakin 6 xal almalı olduğumuz "Neftçi" ilə matçlarda xallar itirdik. Belqradda onları məğlub etməli idik. Bakıda da qələbə qazana bilərdik. Amma bütün imkanları əldən verdik. Hələ "İnter"lə Milandakı oyunu demirəm. Bu 3 matçda 9 xal qazansaydıq, vəziyyət başqa cür olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB