“Lokomotiv Biləcəri”də yeni baş məşqçi

“Lokomotiv Biləcəri”də yeni baş məşqçi

Azərbaycan Super Liqası yarışlarında çıxış edən qadınlardan ibarət "Lokomotiv Biləcəri" voleybol komandası yeni baş məşqçi ilə müqavilə imzalayıb. Siasport.az saytının məlumatına görə, komandanın yeni məşqçisi yunanıstanlı Con Nikolakisdir.
Noyabrın 7-də keçiriləcək Azərbaycan çempionatının I dövrəsinin üçüncü turunda "Azərreyl" ilə görüşdə Biləcəri komandasını oyuna yunanıstanlı mütəxəssis çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə