"Kəpəz" – "Bakı" oyunu canlı yayımlanacaq

"Kəpəz" – "Bakı" oyunu canlı yayımlanacaq

Bu gün Topaz Premyer Liqasının 12-ci turunun oyunlarına start verilir. Siapsort.az saytının məlumatına görə, "Bakı" klubu Gəncədə "Kəpəz"lə qarşılaşacaq. "Bakı"nın səfər oyununu klub televiziyası vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, "Kəpəz" klubunun rəsmi saytı da görüşü canlı yayımlayacaq. Bunun üçün saytın canlı bölməsinə daxil olmaq lazımdır.

"Kəpəz" – "Bakı"

Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Nahid Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov
Gəncə şəhər stadionu, 14:00

Bütün xəbərlər Facebook səhifəmizdə