"Liverpul" "topçuların" futboolçusuna göz dikib

"Liverpul" "topçuların" futboolçusuna göz dikib

İngiltərənin "Liverpul" futbol klubu, qış transfer dövründə ciddi transferlər həyata keçirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə İngiltərə mətbuatı yazır. "Dumanlı albiom" mətbuatının yazdığına görə, son bir neçə ildir ki, İngiltərə Premyer Liqasında ağır böhran keçirən "Liverpul" futbol klubu, "Arsenal"dan ayrılacağı barədə açıqlama verən Teo Uolkotla maraqlanmağa başlayıb. "The Sun" iddia edir ki, artıq "Liverpul" menecerləri 23 yaşlı futbolçunu qış transfer dövründə "Liverpul"a gətirmək üçün hərəkətə keçiblər. Qış transfer dövrünə 2 aydan da az müddət qalması onu deməyə əsas verir ki, "Liverpul" rəhbərliyi vaxtında tədbirlər görməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə