UEFA azarkeşlərin irqçi şüarlarına görə "Latsio"nu 40 min avro cəzalandırdı!

UEFA azarkeşlərin irqçi şüarlarına görə "Latsio"nu 40 min avro cəzalandırdı!

İtaliya A Seriyasının lider komandalarından olan "Latsio", UEFA tərəfindən ciddi cəzaya məruz qalıb. Siasport.az saytı xəbər verir ki, italyan klubu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" futbol klubu ilə keçirdiyi qarşılaşmada yaşanan xoşagəlməz hadisələrə görə bu cəzaya məruz qalıb. Belə ki, UEFA prezidenti Mişel Platinin də tribunadan izlədiyi həmin qarşılaşmada italyan azarkeşlər, "Tottenhem"in futbolçuları olan Jermain Defoe, Aaron Lennon və Andros Tovnsend əleyhinə irqçi şüarlar səsələndiriblər. Bütün bunları araşdıran UEFA isə, italyan klubuna 40 min avroluq fantastik cəza kəsməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə