Rusiya - Azərbaycan oyunundan sonra millimizin üzvü Vaqif Cavadov matç barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, qarşılaşmanın məyusedici alındığını bildirib: "Oyun çox məyusedici alındı. Rusiya millisi ərazi üstünlüyünə malik olsa da, qapımız qarşısında heç nə edə bilmirdi. Son dəqiqələrdə qol buraxmağımız bizə çox pis təsir etdi".
Futbolçu cavab qarşılaşması barədə də fikirlərini bildirib: "Eybi yoxdur. İndi biz Rusiya millisi ilə Bakıda görüşəcəyik. Bax, o zaman tam fərqli oyun olacaq. Bugünkü matçda biz layiqli çıxış etdik. Lap sonda qol buraxdıq. Özü də olmayan penaltidən. Həmin epizodda hakim penalti təyin etməməliydi. Düzdür, cərimə var idi. Amma kobudluq cərimə meydançasının daxilində deyil, xaricində idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB