Azərbaycan taekvondoçuları növbəti yarış ərəfəsindədirlər. Siasport.az saytının məlumatına görə, böyüklər və parataekvondo üzrə yığma komandanın üzvləri noyabrda keçiriləcək beynəlxalq turnirlərə hazırlıqları davam etdirirlər. Əvəz Tağıyevin rəhbərlik etdiyi parataekvondoçularımız noyabrın 22-də Arubanın Santa Kruz şəhərində başlayacaq lll dünya çempionatına hazırlıqları İsmayıllı Olimpiya İdman Kompleksində keçirirlər.
Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərlik etdiyi böyüklərdən ibarət heyət isə İsveçrənin Lozanna şəhərində G1 kateqoriyalı "Swiss Open" beynəlxalq turnirinə hazırlaşırlar. İsveçrənin açıq çempionatı noyabrın 10-11-də keçiriləcək.
Hər 2 yarış iştirakçılarının heyəti təlim-məşq prosesindən sonra açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB