"Doğma azarkeşlərimiz önündə oynamaq çox önəmlidir"

"Doğma azarkeşlərimiz önündə oynamaq çox önəmlidir"

2011/2012-ci il mövsümü Unibank Premyer Liqasının ən yaxşı yarımmüdafiəçi seçilən Adrian Pit bu barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, futbolçu digər həmkərlarının da ötən mövsüm yaxşı oyun göstərdiyini bildirib: "Ən yaxşı yarımmüdafiəçi seçildiyim üçün xoşbəxtəm. Cari mövsümdə də uğurlu çıxış etməyə çalışacağıq. Buna qədər Lənkəranda yalnız bir oyun keçirmişik, "Kəpəz"ə qarşı oyunda qalib gəlmişik. Digər oyunlarımızı səfərdə oynamışıq. Lakin bundan sonra bütün ev oyunlarımızı Lənkəranda keçirəcəyik və bizim üçün doğma azarkeşlərimiz önündə oynamaq çox önəmlidir. Ötən mövsüm "Neftçi"nin heyətində Flavinyo və "Qəbələ"nin hücumçusu Dodonun çox yaxşı çıxış etdiklərini düşünürəm. Premyer Liqada, həqiqətən də, çox səviyyəli, peşəkar futbolçular çıxış edir. Ötən mövsüm "Xəzər Lənkəran"ın şərəfini qoruyan Emeka Opara da çox yaxşı futbolçu idi. "Neftçi"nin yarımmüdafiəçisi Julius Vobayın da çıxışı çox xoşuma gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə