"Xəzər Lənləran"ın məşqçilər korpusunu gücləndirmək məqsədilə Azərbaycan futbol ictimaiyyətinə, xüsusən cənub təmsilçisinin azarkeşlərinə yaxşı tanış olan Emin Quliyevlə 2 illik müqavilə imzalanıb. Siasport.az saytının məlumatına görə, Emin Quliyev "Xəzər Lənkəran"da 2005-2009-cu illərdə çıxış edib. Komanda ilə birgə o, 2006/2007 mövsümünün Azərbaycan çempionu, həmin mövsüm ölkə kubokunun və 2008-ci ilin Birlik kubokunun qalibi titullarını qazanıb.
Futbolçu karyerası ərzində Emin "Xəzər Lənkəran"dan başqa "Kəpəz", "Liteks" (Bolqarıstan), "Çorno more" (Bolqarıstan), "Neftçi", Alaniya (Rusiya), "Karvan", "Simurq" və "Turan" klublarının şərəfini qoruyub.
O, 2000-ci ildən başlayaraq milli yığma komandamızın üzvü də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə