"Mançester Yunayted"in baş məşqçisi Aleks Fergusyon, "Qalatasaray"ın gənc qapıçısı Fernando Musleranın "ağlını başından alıb". Siasport.az saytı xəbər verir ki, dünənki qarşılaşmadan sonra "qırmışı şeytanların" menecerlərinin "qalatasaray"lı qolkiperi transfer etməklə bağlı təklif irəli sürmələri, gənc Musleranı da ürəkləndirib. O, jurnalistlərlə söhbətində bildirib ki, İngiltərə Premyer Liqasında futbol oynamaq onun uşağlıq arzularından biridir. "Həmişə İngiltərədə futbol oynamaq istəmişəm. Bu mənim lap uşaqlıq arzumdur desəm yanılmaram. Haçansa bu arzumun gerçək olacağına inanıram"-deyə F.Muslera fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə