Namiq Yusifov: "Başa düşə bilmirəm, niyə ..."

Namiq Yusifov: "Başa düşə bilmirəm, niyə ..."

"Qarabağ" gündə 2 dəfə olmaqla Premyer Liqanın VI turunda qarşılaşacağı "Turan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, komandanın üzvü Namiq Yusifov AZAL-a sonuncu turdakı məğlubiyyət və "Turan"la qarşıdan gələn haqda danışıb: "Başa düşə bilmirəm, niyə hamı hələ də AZAL-a məğlubiyyətdən danışır. Düzdür, "Qarabağ" kimi komandanın belə məğlubiyyəti yolverilməzdir, amma heç kim bundan sığortalanmayıb. "Real" da "Barselona"ya eyni hesabla uduzmuşdu. Amma bugün İspaniya çempionu sayılırlar. Bizim sadəcə itirdiyimiz 3 xaldı. Yəni, nəzəri cəhətdən heç nə itirilməyib. Çempionat hələ yeni başlayıb. Daim qabağa baxmalıyıq. İndi hədəfimiz "Turan"la oyundur. "Turan" bu il olduqca əzmkar təsir bağışlayır. AZAL-la oyunumuzdan sonra yəqin daha da həvəsləniblər. Amma biz vəziyyətdən nəticə çıxarmağa çalışacağıq. Qurban müəllim bunun üzərində işləyir. Əmin ola bilərsiz ki, "Qarabağ"a heç nə olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə