Okeana: “Bakı heyrətamiz şəhərdir”

Okeana: “Bakı heyrətamiz şəhərdir”

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də Fan Zonanın açılışı ilə əlaqədar Bakıdakı konsert proqramında çıxış edən dünya şöhrətli pop ulduz Okeana YTK-nın Media və Kommunikasiya departamentinə eksklüziv intervyu verərək çempionat, konsert proqramı və ölkəmiz haqqında ümumi fikirlərini bölüşüb: "Bu mənim Azərbaycana ilk səfərimdir və burada çıxış etməkdən çox məmnunam. Bakı heyrətamiz şəhərdir. İnsanlar çox mehriban, gülərüz və səmimi, şəhərin arxitekturası isə sadəcə möhtəşəmdir. Adımdan göründüyü kimi mən dəniz sahilini xoşlayıram, buna görə də dənizkənarı parkınızı çox sevdim".

Futbol aləminə yeni – yeni qədəm qoymağa başlayan və idmanı gələcək karyerasının əsas hissəsinə çevirmək istəyən gənc futbolçulara səslənən Okeana bu sözləri ilə nitqini tamamlayıb: "Bir müğənni kimi sənətim və ona olan sevgim barədə deyə bilərəm ki, mən hər bir çıxışımda ifama ürəyimi və ruhumu verirəm. İdman üçün də qərarlı və israrlı olmaq, ondan zövq almağa çalışmaq çox mühüm amildir. Mənim fikrimcə, qadınlar idman aləmində çox uğurla çıxış edirlər. Olimpiya oyunlarını izləyərkən də onların möhtəşəm performansının şahidi oldum. Onlar yüksək istedada malik, güclü idmançılardır və qadın idmanının gələcəyinin çox parlaq olacağını düşünürəm. Biz qadınlar bu yolla arzularımızı reallaşdıra biləcəyimizi və həmçinin özümüzə inam hissimizi nümayiş etdiririk. Buna görə də ümumilikdə qadınların beynəlxalq idman aləmində gələcəyini çox uğurlu görürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə